Think Wise Business Consulting
Biznes proseslərinin idarə edilməsi üzrə mütəxəssis
Son tarix 27 iyn 2024 - [email protected]
Əsas tələblər:
- Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi);
- Biznes inkişafı, satış və ya marketinq sahəsində ən azı 3 il təcrübə;
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
- Yaxşı ünsiyyət, danışıq və təqdimat bacarıqları;
- Yüksək motivasiya və hədəfə yönəlik iş prinsipi;
- İdarəçilik bacarıqları;
- Biznes inkişaf strategiyaları hazırlamaq və həyata keçirmək bacarığı;
- Yeni partnyorluq əlaqələri qurmaq və mövcud müştəri münasibətlərini gücləndirmək;
- Bazar araşdırmaları apararaq rəqabət mühitini analiz etmək;
- Müştəri rəylərini toplayaraq məhsul və xidmət təkliflərimizi yaxşılaşdırmaq.
Vəzifə öhdəlikləri:
- Biznesin planlaşdırılması üzrə bazar araşdırmasının aparılması və yeni satış imkanlarının müəyyən edilməsi edilməsi;
- Şirkətin mövcud biznesinin və effektiv işgüzar ünsiyyətin davamlığına nəzarət edilməsi, biznesin fəaliyyəti üzrə tərəfdaşlarla danışıqların aparılması;
- Şirkətin aylıq, rüblük və illik satış hədəflərinin təyin olunması, satış planının hazırlanması və icrasına nəzarət edilməsi;
- Rəqiblər haqqında məlumatların izlənilməsi və müvafiq bazara nəzarətin təşkili;
- Rəhbərliyə şirkətin işinə təsir göstərə biləcək bazar hadisələri haqqında mütəmadi olaraq yeniliklərin və məlumatların təqdim edilməsi;
- Müştərilərin cəlb olunması üçün onlarla ilkin ünsiyyətin qurulması və biznes görüşlərin təşkili;
- Müştərilərlə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi üçün mövcud və potensial müştərilərlə fəal şəkildə əlaqənin saxlanılması;
- Şirkətin peşəkar, ixtisaslaşmış təşkilatlarda mümkün üzvlük imkanlarının müəyyənləşdirilməsi, təşkili və əlaqələndirilməsi;
- Yeni imkanlara, layihələrə dair iqtisadi və bazar araşdırılmasının təhlilinə nəzarətin edilməsi.
İş vaxtının norması:
- 09:00-18:00/ 5 günlük iş həftəsi;
- İstirahət günü: Şənbə, Bazar
- Əmək haqqı: Müsahibə əsasında
- İş yeri: Park Azure