The Landmark Hotel Baku
Baş mühasib
Son tarix 06 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq bölməsinin fəaliyyətinə rəhbərlik etmək və bölmənin səlis işləməsini təmin etmək;
- Vergi qanunvericiliyinə əməl olunmasını və vergi orqanlarına vaxtında və düzgün hesabatların təqdim edilməsini təmin etmək;
- Tənzimləyici və xüsusilə Vergi qanunvericiliyində olan dəyişikliklərlə bağlı rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və tələb olunan fəaliyyət planını təmin etmək;
- Vergi Auditinə rəhbərlik etmək, yaranan suallara cavab vermək, müvafiq məlumatları təqdim etmək və Vergi Orqanları ilə əlaqə saxlamaq;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
- Rəhbərliyə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Ayın bağlanması prosesinə rəhbərlik etmək, müvafiq düzəlişləri rəhbərliyə təqdim və müzakirə etmək;
- Ödənişlərdə istifadə olunan təsdiqedici sənədlərin qanuniliyini təmin etmək və ödənişləri təsdiqləmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
Kvalifikasiyalar:
- PMS sertifikatı tələb olunur;
Təcrübə:
- Mühasibat uçotu üzrə ən azı 5 il Baş Mühasib və ya rəhbər vəzifədə iş təcrübəsi tələb olunur;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər.