Terra Pharm
Satınalmalar üzrə mütəxəssis
Son tarix 13 fev 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosessinin planlaşdırılması;
- Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosedurlarının həyata keçirilməsi, o cümlədən satınalma sənədlərinin tərtibi;
- Satınalma prosedurlarının informasiyasının toplanması, təhlili və saxlanılması;
- Satınalmanın optimallaşdırılmasında metodiki işlərin aparılması;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
- Dərman məhsullarının tədarükçü şirkətlərindən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Tərəflərlə işgüzar yazışma və danışıqların aparılması.
Namizədə tələblər:
- Yaş həddi: 25-45
- Ali təhsil (tibbi və bioloji təhsil olması arzuolunandır)
- Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office komputer proqramlarından sərbəst istifadə etmək bacarığı
- Şifahi danışıqların aparılması bacarığı
- Komandada işləmək bacarığı
- Çeviklik və işgüzarlıq
İş rejimi:
- Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında təyin olunacaq)
- İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
- İstirahət günləri - Şənbə/Bazar
Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Satınalmalar üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).