Telcon
Şəbəkə Həlləri üzrə Pre-Sales Engineer
Son tarix 11 iyn 2026 - [email protected]
Şirkətimiz şəbəkə həlləri və İT infrastruktur sahəsində fəaliyyət göstərən qlobal səviyyəli bir brendi təmsil edir. Bu istiqamətdə müştərilərə texniki dəstək verəcək, həlləri təqdim edəcək və satış prosesində aktiv iştirak edəcək Pre-Sales Engineer axtarırıq.
Əsas vəzifələr
- Şəbəkə həlləri və avadanlıqlarının müştərilərə təqdim olunması
- Müştəri ehtiyaclarının texniki baxımdan analiz edilməsi
- Satış komandası ilə birlikdə texniki həllərin hazırlanması
- Yeni müştərilərlə görüşlərdə məhsul və həllərin təqdimatı
- Texniki sənədlərin və təqdimatların hazırlanması
- Layihələrin texniki dəstəklənməsi və izlənməsi
Tələblər
- Şəbəkə həlləri və İT avadanlıqları üzrə mütləq təcrübə
- Switch, router, firewall və ümumi network infrastrukturu üzrə biliklər
- Pre-sales və ya texniki satış sahəsində təcrübə (üstünlükdür)
- Müştəri ilə texniki təqdimat aparmaq bacarığı
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Komanda ilə işləmək bacarığı
İş şəraiti
- Tam iş günü
- Stabil və nüfuzlu qlobal brenddə iş imkanı
- Peşəkar inkişaf və beynəlxalq təcrübə qazanmaq şansı
- Dinamik və texniki yönümlü iş mühiti
Əməkhaqqı
- 1500 AZN sabit maaş + bonus sistemi
- Bonuslar layihə və satış nəticələrinə əsasən hesablanır
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı dəqiqləşdirilir
Üstünlük veriləcək namizədlər
- Hərbi xidmətini başa vurmuş namizədlərə üstünlük verilir, eyni zamanda hərbi xidmətə yararsız hesab edilən və ya çağırışa ən azı 2 il və daha çox vaxtı olan namizədlər də nəzərə alınır
CV-nizi mövzu hissəsində “Pre-Sales Engineer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.















