Tekfen Mühendislik
İcazə almalar üzrə mütəxəssis
Son tarix 10 fev 2025 - [email protected]
İşin xususiyyəti;
- Yerli dövlət orqanlarında icazələrin alınması üçün tələb olunan minimal sənədlərin hazırlanması-Rəsmi məktublar, layihə tapşırığı, layihənin təsviri, tikintinin təşkili planı üzrə məlumatlı olmaq.
Aşağıdakı dövlət qurumlarında layihələrin təsdiq edilməsi:
- FHN - Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi
- FHN – Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi
- FHN – Dövlət Yanğın Nəzarəti Xidməti
- Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi
Layihələrin uyğunlaşdırılması (adaptasiya):
- İcazələr ilə bağlı Podratçıya istiqamət, dəstək və məsləhət vermək
- Dövlət orqanlarına təqdim edilməli sənədləri və cizgiləri müəyyən etmək
- Layihə sənədlərinin Azərbaycan Respublikası Tikinti Qanunlarına və Yerli standartlara uyğunlaşdırılması
- Yerli hakimiyyət orqanlarının tələbinə uyğun olaraq layihələrin tərcümə edilməsinə nəzarət
- İcazələrin verilməsi prosesini nəzarətdə saxlamaq, səlahiyyətli orqanlarla əlaqəli koordinasiya etmək
Müəllif nəzarətinin təşkili:
- Müəllif nəzarəti təşkilinin AzDTN 1.5-3 uyğun aparılmasına nəzarət etmək. (Müəllif nəzarəti kitablarının hazırlanması, tikiniti sahəsinə mütəmadi baxışların keçirilməsi, tikintinin vəziyyəti haqqında qeydlərin yazılması, layihədən çənara çıxmalar haqqında qeydlərin yazılması əgər varsa və onların aradan qaldırılmasına nəzarət edilməsi, üstü örtülən və məsul konstruksiyaların aktlarının yazılması və vaxtında təqdim edilməsinə nəzarət)
- Müəllif nəzarəti üzrə yazılmış məlumatların aylıq hesabatlar şəklində sifarişçiyə təqdim edilməsi.
Texniki pasportların hazırlanması:
- Avadanıqların Tip 1 (təhlükə potensiallı) və Tip 2 ( təhlükə potensiallı olmayan) pasportlarının hazırlanması.
- Hazırlanmış pasportların qeydiyyata alınması üçün FHN-nə təqdim edilməsi
- Qeydiyyata alınmış pastportların istismara verilməsi üçün FHN-nin müvafiq qurumlarına təqdim edilməsi
- İstismara verilmiş avadanlıqlara sertifikat almaq üçün yenidən FHN-nə təqdim edilməsi
- Pasportların tərtibi zamanı tələb olunan aktların əlavə edilməsi
Bilməlidir;
- Tikintiyə dair sənədlərin tamlığı təmin etdildikdən sonra tikintiyə icazə almaq üçün icazə verən orqana tələb olunan sənədlərlə birlikdə müraciət edilməsini.
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət edilməsini.
- Əsaslı tikintiyə aid, tikintidə layihə-smeta işlərinin təşkili üzrə, və digər texniki sənədlərin işləyib hazırlamasına nəzarət, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam və əmrlərini, digər istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədləri onların razılaşdırma və təsdiq etmə qaydalarını.
- Tikinti norma və qaydalarını, əsaslı tikinti üzrə planların hazırlanma və təsdiq olunma qaydalarını, texniki şərtləri, texnoloji avadanlıqların texniki xarakteristikalarını və istismar qaydalarını, təsərrüfat müqavilələrinin bağlanma və yerinə yetirilmə qaydalarını.
- Avadanlıqların təmiri, quraşdırılması və sınaqdan keçməsi üzrə texniki şərtləri, avadanlıqların, inşaat maşın və mexanizmlərinin təşkili üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini.
- Avadanlığının pasportlaşdırılmasını və uçotunu aparılması haqqında, müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması, müəllif nəzarəti jurnalının aparılması qaydaları.
- Tikinti obyektlərinin istismara qəbul edilməsi üzrə işçi, dövlət qəbul və qəbul komissiyalarının işində, dövlət şəhərsalma norma və qaydaları, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında məlumatlı olmalıdır.