Təkər Store
Marketinq meneceri
Son tarix 24 avq 2025 - [email protected]
Sektor: Avtomobil təkərlərinin satışı
Teker Store MMC avtomobil təkərlərinin topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, yerli bazarda güclənməkdə olan peşəkar şirkətdir. Artan satış həcmini dəstəkləmək və brendin mövqeyini möhkəmləndirmək məqsədilə təcrübəli və nəticəyönümlü Marketinq Meneceri komandamıza dəvət olunur.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və mərhələli şəkildə icrası
- Satış və müştəri əlaqələrini dəstəkləyən kampaniyaların planlaşdırılması və həyata keçirilməsi
- Rəqəmsal və ənənəvi reklam fəaliyyətlərinin təşkili və idarə olunması (Google Ads, sosial media platformaları, outdoor reklamlar və s.)
- Sosial media kontent strategiyasının hazırlanması, aylıq planların tərtibi və platformaların aktiv idarə olunması
- A/B testlər, e-mail marketinq və performans ölçüm alətləri vasitəsilə reklam effektivliyinin təhlili
- Brendin mövqeləndirilməsi və dəyərinin artırılmasına yönəlik layihələrin həyata keçirilməsi
- Rəqib və bazar təhlillərinin aparılması, trendlərin izlənilməsi və təkliflərin hazırlanması
- Müştəri davranışlarının analizi və bu əsasda fərdi yanaşmaların tətbiqi
- Satış komandası ilə birgə işləyərək satışa yönəlmiş təşviq planlarının hazırlanması
- Nəticələrin ölçülməsi üçün marketinq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə olan tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya əlaqəli ixtisaslar üzrə)
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Rəqəmsal və ənənəvi marketinq alətləri ilə işləmək bacarığı
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili üzrə praktiki təcrübə
- Analitik və strateji düşüncə tərzi
- Komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük
- Avtomobil və ya təkər satışı sahəsində iş təcrübəsi arzuolunandır
Təklif olunan şərtlər:
- İş yeri: Bakı, Azərbaycan
- Əmək haqqı: 1000 AZN (net)
- Bonus sistemi: Satış dövriyyəsinə əsasən aylıq performans bonusu
- Karyera inkişafı: Uğurlu fəaliyyətə əsasən maaş artımı və vəzifə yüksəlişi
- İş qrafiki: 6 günlük iş rejimi (tam iş günü)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.