TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit BOKT Kredit üzrə Analitik vəzifəsinə işçi qəbulu elan edir.
İşin xülasəsi:
Vəzifə sahibi, kreditlərin hazırlanması, restrukturizasiyası, müxtəlif kredit risklərinə dair hesabatların və tövsiyələrin hazırlanması ilə əlaqədar səlahiyyətli və səmərəli xidmət göstərir.
Öhdəliklər:
• Şöbələrin/ bölmələrin/filialların hədəflərinin yerinə yetirilməsinə yönəldilmiş bütün fəaliyyətlərdə iştirak etməli;
• Təşkilat və müştərilər haqqında olan məlumatları məxfi saxlamalı;
• Məlumat sızmasını aşkar olunarsa dərhal birbaşa rəhbərini və təhlükəsizlik şöbəsini xəbərdar etməli;
• Daimi öz professional inkişafı üzərində işləməli;
• Verilən hədəfləri yerinə yetirməli;
• Kredit müraciətlərini analiz etməli və kreditin təsdiqlənməsi qaydalarına uyğun olaraq qərarlar qəbul etməli;
• Restrukturizasiya və Monitorinq Memolarını yoxlamalı və verilmiş təsdiqetmə səlahiyyəti limitinə uyğun olaraq qərarlar qəbul etməli;
• Daha yüksək səviyyəli Kredit Komitəsinin nəzərinə təqdim etmədən öncə Restrukturizasiya təkliflərini və Monitorinq Memolarını yoxlamalı;
• Restrukturizasiya prosesinə nəzarət etməli;
• Hesablanmış silinmələrə və cərimələrə dair təsdiqetmə səlahiyyəti limitinə uyğun olaraq qərarlar qəbul etməli;
• Gecikmələrin analiz və proqnozlaşdırılması ilə bağlı hesabatların hazırlanmasında iştirak etməli;
• İFRS rezervlərin hazırlanmasında iştirak etməli;
• Risklərlə bağlı təqdimatlarda iştirak etməli;
• Restrukturizasiya hesabatları hazırlamalı;
• Portfolio analizi hesabatları hazırlamalı;
• Təşkilatın kredit portfelinin sağlam risk səviyyəsini təmin etməli;
• Risklərin azaldıması tədbirlərinin həyata keçirilməsi üçün təkliflər etməli;
Təhsil: Maliyyə/İqtisadiyyət sahələri üzrə bakalavr dərəcəsi.
İş təcrübəsi: Biznes kreditlər sahəsində azı 3 il və ya kredit risklərin idarə edilməsi üzrə azı 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı.
Kompüter bilikləri: Microsoft Office.
Tələblər:
• Komanda ilə işləmək bacarığı;
• Dürüst və etibarlı olmalı;
• Mədəni maarifləndirilmiş və detallara diqqətli olmalı;
• Çevik olmalı.
Zəruri keyfiyyətlər:
• Mükəmməl analitik və problemləri həll etmə bacarıqları;
• Prioritetləşdirmə qabiliyyəti olmalı;
• Effektiv şifahi təqdim etmə və dinləmə qabiliyyəti olmalı;
• Yaxşı yazılı ünsiyyət bacarıqları;
• Mürəkkəb sistemləri asan izah etməyi bacarmalı;
• Gərgin mühitdə işləmək bacarığına malik olmalı;
• Maliyyə analizini yaxşı bilməli;
• Maliyyə beyanatını və mühasibatlıq prinsiplərini yaxşı bilməli (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti);
• Kredit analizi və kreditvermə qaydalarını dərindən bilməli;
• Kredit rikslərin idarəolunması prinsiplərini bilməli;
• Müstəqil qərar qəbul etmə bacarığa malik olmalış.
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 31 mart 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit üzrə analitik). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.