Tax, Audit and Consulting Services MMC
Mühasib
Son tarix 11 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət) hazırlanması
- Ölkəxarici pul köçürmələri
- Gömrük səlahiyyətliləri və nəzarət orqanları ilə düzgün əlaqələrin qurulmasını və hər hansı yoxlama zamanı tələb olunan sənədlərin təqdim olunmasını təmin edir.İdxal ixraca nəzarət edilməsi
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi: müvafiq sahədə 3 ildən çox iş təcrübəsi
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- MS Office proqramlarının istifadəsi üzrə biliklər;
Əmək şəraiti:
- İş qrafiki 6 günlük iş rejim
- Əməkhaqqı 1500 AZN