Tax, Audit and Consulting Services MMC
Mühasib
Son tarix 03 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
- Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
- Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
- Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
- Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
- Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
- İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar
edilməsi; - Gömrük səlahiyyətliləri və nəzarət orqanları ilə düzgün əlaqələrin qurulmasını və hər hansı yoxlama zamanı tələb olunan sənədlərin təqdim olunmasını təmin edir
- Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
- Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
Namizədə dair tələblər:
- Təhsil : ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
- İş təcrübəsi : müvafiq sahədə minimum 5 il
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- MS Office proqramlarının istifadəsi üzrə biliklər;
Əmək şəraiti:
- İş qrafiki 5 günlük iş rejim
- Əməkhaqqı 1200-1500 Azn olaraq nəzərdə tutulur.
Maraqlanan namizədlər cv-lərini elektron poçt ünvanı ilə göndərə bilərlər.