Tam Store
Kateqoriya üzrə mütəxəssis
Son tarix 19 avq 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması,trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;
- Müqavilə,sifariş,sorğu rabitəsi və həcmi,çatdırılma müddəti əsas təchizatçılarla illik,aylıq,gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;
- Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
- Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
- Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək,ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
- Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
- Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
- Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək;
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1-3 il.
- İngilis,rus dillərində səlis danışıq qabiliyyəti mütləqdir
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə mütəxəssis”yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elektrik
Son tarix 19 avq 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Marketlərdə elektrik ilə bağlı bütün problemlərin zamanında və keyfiyyətli həlli:Sıradan çıxmış elektrik lampaların, elektrik avtomatların yenisi ilə əvəz olunması, elektrik uzadıcıların təmiri, əlavə elektrik xəttlərinin çəkilməsi və elektrik avadanlıqlarda yaranan problemlərin həlli və digər əlaqəli işlər.
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə təhsil və ya sertifikat ;
- Təcrübə 1-3il;
- Şəxsi avtomobil mütləqdir.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (6 gün);
- İş saatları: 09:00-17:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar və ya nahar ödənişi;
- Şirkət hesabına korporativ nömrə;
- Yanacaq xərci qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektrik"yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır