Tam Store
Daxili nəzarət mütəxəssisi (təmir-tikinti üzrə)
Son tarix 20 okt 2024 - [email protected]
Biz kimik?
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.h
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin təmir-tikinti işlərinin təşkilinin uyğunluğunu təhlil etmək və həyata keçirilən nəzarət tətbirlərinin yoxlanmasını təmin etmək.
- Şirkətin yeni mağaza açılışları üzrə, həmçinin mövcud olan mağazalarda icra edilən yenidən qurma işlərinin uyğunluğuna nəzarət etmək və xidmətin müvafiq smetaya uyğunluğunu yoxlamaq
- Təmir-Tikinti işləri üzrə hazırlanan smeta və Forma 2-lər üzrə yoxlamaların aparılmasına, podratçılar tərəfindən görülmüş xidmətlər üzrə iş və xidmətlərin təhvil alınmasına nəzarət etmək
- Təmir-Tikinti işləri üzrə ərazidə operativ nəzarəti təmin etmək, uyğunsuzluqları aktlaşdırmaq və birbaşa rəhbərinə məlumat vermək
- Təmir-Tikinti işləri üzrə aparılan tender və qiymət sorğuları proseslərini müşahidə etmək və prosedura uyğun seçimlər edilməsinə nəzarət etmək
- Müvafiq təmir-tikinti işləri üzrə layihələrin uyğunluğuna nəzarət etmək
- Təmir-Tikinti ilə bağlı iclaslarda iştirak etmək və müvafiq çatışmazlıqlarla bağlı aidiyyatı şəxslər qarşısında məsələ qaldırmaq
- Mağazalar üzrə təmir-tikinti, SƏTƏM və digər tipli çatışmazlıqların monitorinqi və nəticələrin struktur bölmələrlə paylaşılmasını təmin etmək
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün icra etmək
Tələb olunan bilik və bacarıqlar:
- İnşaat proqram təminatları (AutoCAD, Microsoft Project və s.) bilikləri.
- Microsoft Office proqramlarında işləmək bacarığı
- İnşaat sahəsində təhlükəsizlik qaydalarına dair biliklər.
- Tikinti standartları, qanunvericilik və normativ sənədlər.
- Materialların və avadanlıqların seçimi və istifadəsi.
- Layihə planlarının oxunması və qiymətləndirilməsi.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
- Komanda ilə işləmə və liderlik qabiliyyəti.
- Effektiv ünsiyyət və müştəri ilə əlaqə bacarığı.
- İnşaat layihələrinin idarə olunması.
- Keyfiyyət və təhlükəsizlik standartlarının təmin edilməsi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqədar sahədə bakalavr dərəcəsi (üstünlük verilir).
- Təmir-tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi.
- Müxtəlif layihələrdə iştirak təcrübəsi (təmir, yenidənqurma, yeni inşaat).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət mütəxəssisi(təmir-tikinti üzrə)” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul üzrə mütəxəssis (Naxçıvan)
Son tarix 20 okt 2024 [email protected]
Biz kimik?
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.h
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri dəyərləndirmək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- Mağaza daxili və mağazalararası transferləri icra etmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- Nizam-intizamla bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Problem həll etmə, analitik düşüncə səriştəlikləri;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1-3 il;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Naxçıvan şəhəri;
Qeyd: Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə mütəxəssis(Naxçıvan üzrə)”yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Debitor borc üzrə mühasib
Son tarix 20 okt 2024 [email protected]
Biz kimik?
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.h
Əsas vəzifə öhdəlikləri:
- Debitor borcların izlənməsi və təhlili
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Logo Tiger və ya digər ERP proqram bilikləri üstünlükdür
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1-3 il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Debitor borc üzrə mühasib”yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.