Tam Store
Master data üzrə bölmə rəhbəri
Son tarix 19 mar 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Yeni məhsulların sistemə daxil edilməsi, məhsul üzrə master data məlumatlarının (SKU, barkod, ölçü, kateqoriya və s.) yaradılması, yenilənməsi və idarə olunması;
- Alış və satış qiymətlərinin, eləcə də kampaniya qiymətlərinin sistemdə düzgün və vaxtında əks olunmasına nəzarət;
- Məlumatların dəqiqliyinin, tamlığının və vahidliyinin təmin edilməsi; dublicate SKU-lar, yanlış barkodlar, səhv qiymət və kateqoriya xətalarının aşkarlanması və aradan qaldırılması;
- Master Data komandası üzvlərinin işinin təşkili, nəzarəti, inkişafı və effektiv idarə olunması;
- Sistemlərarası məlumat uyğunsuzluqlarının izlənməsi və aradan qaldırılması;
- Kommersiya, Satış, Logistika və IT komandaları ilə koordinasiyanın təmin edilməsi;
- Master Data üzrə hesabatların hazırlanması;
- Master Data istiqaməti üzrə daxili biznes proseslərinin qurulması, sənədləşdirilməsi və təkmilləşdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə, detallara diqqət və proseslərin təkmilləşdirilməsi bacarığı;
- Komanda idarəetmə və effektiv kommunikasiya bacarığı;
- Məsuliyyətlilik, sistemli yanaşma və nəticəyönümlülük.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil(müvafiq ixtisas üzrə);
- Təcrübə - 3 il(müvafiq sahə üzrə);
- Rəhbər vəzifədə təcrübə - minimum 1il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master data üzrə bölmə rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.












