Tam Store
Kiçik hüquqşünas/hüquqşünas
Son tarix 25 yan 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;
- Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;
- Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşində dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Kommunikasiya.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə)
- Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;
- İngilis və rus dili bilikləri üstünlükdür;
- Məhkəmə və icra orqanlarında eləcə də korporativ hüquq sahəsində minimum 1 (bir) il hüquq təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas/hüquqşünas yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.











