Tam Store
Korporativ satış üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 15 iyn 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Korporativ müştəri bazasının formalaşdırılması və genişləndirilməsi;
- Potensial müştərilərin cəlb edilməsi üçün görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Müştəri tələblərinin və bazarın analiz edilməsi;
- Satış planlarının icrasında iştirak və hədəflərin yerinə yetirilməsi;
- Müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak;
- Müştəri məmnuniyyətinin təmin olunması və satış sonrası xidmətlərin koordinasiyası;
- Rəqib məhsul və qiymətlərin analizi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- MS Office (Excel) proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı və nəticəyönümlülük.;
- Diqqətcil, dəqiq, analiz qabiliyyəti olan
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 45 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə mütəxəssis/aparıcı mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.