TABİA Group
Daxili nəzarət üzrə mütəxəssis
Son tarix 19 mar 2025 - [email protected]
Şöbə: Maliyyə və risk
Ünvan: Neftçilər prospekti 153, PBT
Əmək funksiyası:
- Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək;
- İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
- Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək;
- Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq;
- Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək;
- Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək.
Namizədə tələblər:
Təhsil:
- Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil.
İş təcrübəsi:
- Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi;
- Hoteldə iş təcrübəsi mütləqdir
Bilik və Bacarıqlar:
- Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;
- Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər;
- Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;
- MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
- İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar;
- Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- ERP proqram təminatında işləmək bacarığı;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
İşə müraciət üçün elektron poçt ünvana cv-nizi göndərməyiniz xahiş olunur.
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.