Tabaterra
Şəbəkə administratoru
Son tarix 29 yan 2026 - Müraciət et
Təsvir
- Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla, şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq;
- Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
- ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
- Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək;
- Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək;
- Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.);
- Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək;
- On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək;
- IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək;
- Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək;
- Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq.
Tələblər
- İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- Təcrübə: Çoxseqmentli şəbəkələrin idarə olunmasında minimum 3 il iş təcrübəsi;
- Fortigate firewall ilə iş təcrübəsi;
- Cumulus və Aruba kommutatorları ilə iş təcrübəsi;
- Sertifikatlar: Cisco Certified Network Associate (CCNA), CompTIA Network+, Fortinet NSE sertifikatlarına malik olmaq yüksək dərəcədə arzuolunandır;
- CCNP, Fortinet NSE (xüsusən NSE4 və yuxarı), CCNA Cybersecurity sertifikatlarına sahib olmaq arzuolunandır;
- Kompüter sistemləri, şəbəkələr və infrastruktur üzrə dərin anlayış və qabaqcıl bacarıqlar, xüsusən Cisco və Fortinet şəbəkə texnologiyalarına güclü fokusla. Layer 2 təhlükəsizlik protokolları üzrə bilik və təcrübə;
- VMware və ya Hyper-V kimi virtualizasiya texnologiyaları ilə tanışlıq əlavə üstünlükdür;
- Xüsusilə Cisco və Fortinet qurğularına fokuslanmaqla, hardware, software və şəbəkə problemlərini kök səbəb analizi (root cause analysis) əsasında effektiv şəkildə diaqnostika və aradan qaldırma bacarığı;
- İstifadəçilər və komanda üzvləri ilə ünsiyyətdə güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
- Sistemə xidmət, sənədləşdirmə və troubleshooting zamanı, xüsusən Cisco və Fortinet texnologiyalarına dair standartlara uyğunluğu təmin edərək, yüksək diqqətlilik;
- SolarWinds Orion, PRTG, Zabbix, Graylog, FortiAnalyzer və FortiManager kimi monitorinq alətləri ilə bilik və idarəetmə təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











