Synergy Partnership
PR manager
Son tarix 05 noy 2024 - [email protected]
Öz təcrübəsinə güvənən, məşhur brendlər ilə işləyərək təcrübəsini daha da artırmaq istəyən müvəqqəti “PR Manager” axtarışındayıq.
Tələblər:
- PR sahəsində 5 il iş təcrübəsi
- Dil bilikləri (Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır)
- Kopiraytinq bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təqdimat bacarığı
Vəzifə öhdəlikləri:
- PR planların hazırlanması və icrası;
- Daxili kommunikasiya fəaliyyətlərinin hazırlanması və icrası;
- Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, bəyanatlar və s.);
- PR təkliflərin hazırlanması və icrası;
- PR aksiya və kampaniyaların təşkilində iştirak;
- Layihənin qısa müddətində yüksək effektivlik göstərə biləcək çevik və yaradıcı şəxs
Nə təklif edirik?
- Qısa müddətli, lakin dinamik və maraqlı layihədə iştirak
- Peşəkar inkişaf və media sahəsində əlaqələrin genişləndirilməsi
- Yaradıcı komandada iş təcrübəsi
Şirkət haqqında: 16 ildən çoxdur ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.