Super Toys – Mağaza Adminstratoru
Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən, Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
• Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
• İşçilər haqqında obyektiv rəy vermək;
• Mağazaya təyin edilən hədəfə çatmaq;
• Mağaza əməkdaşlarına satış təlimlərinin keçirilməsi;
• Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
• Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
• Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
• Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
• Günlük və aylıq hesabatların hazırlanıb, gərəkli şöbələrə yönləndirilməsi.
Namizədə Tələblər:
• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili-əla;
• Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
• İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
• Analitik düşüncə qabiliyyəti;
• Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) iş təcrübəsi mütləqdir;
• Satış texnikası, idarəçilik qabiliyyəti, analitik düşüncə;
• Cinsi – Qadın
Şirkət təklif edir:
İş rejimi : Həftədə 6 gün ( növbəli )
Əmək haqqı : 600 AZN + satışdan əlavə bonus
Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.