Super Toys
Brend Menecer
Son tarix 19 avq 2023 - [email protected]
Vakansiya üzrə Vəzifə öhdəlikləri:
- Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq
- Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazırlamaq
- Yeni məhsulları və ticarət nişanlarını bazara çıxarmaq
- Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək
- Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
- Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
- İstehsalçılar və podratçılar ilə işin koordinasiyası
- Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirmək
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini vermək
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq
- Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilmək
Namizəd üçün tələblər:
- Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
- Müvafiq sahədə ən az 3-5 illik iş təcrübəsi
- Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı
- Böyük həcmli məlumatlarla işləmək bacarığı
- Detallara diqqət, pozitiv, yaradıcı, proaktiv, ünsiyyətcil, intizamlı, məsuliyyətli, nəticə üçün işləmək bacarığı
- Çox tapşırıq rejimində işləmək bacarığı
- Xarici dil bilikləri: Rus dili – səlis, İngilis dili- səlis
- Mükəmməl ünsiyyət və təqdimat bacarığı
- İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı
- Ofis proqramlarını sərbəst bilmək
Şirkət təklif edir:
- İş rejimi: 09:00-18:00
- VI gün 09:00-15:00 (ayda 2 dəfə)
- İş yeri: Sədərək TM
- Əmək haqqı: 1500 AZN
- Əmək məcəlləsinə uyğun sənədləşmə
Komandamızda olmaq istəyən, maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Brend menecer“ qeyd etməklə göndərə bilər
Marketinq Direktoru
Son tarix 19 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının vә layihәlәrinin işlәnilmәsi vә hәyata keçirilmәsi
- Məhsulların satışının artırılması istiqamətində yeni kampaniyalar hazırlamaq və icrasını təşkil etmək
- Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək
- Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili, vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması
- Marketinq vә reklam şöbәsinin gündәlik işinә operativ nәzarәt, Satış şöbәsi ilә әmәkdaşlıq;
- Şirkәtin vә ona aid brendlәrin sosial media hesablarına nəzarət
- Bazar araşdırması zamanı ehtiyac olan yeni məhsulların sifarişlərində iştirak etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə, xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq
- Komanda vasitəsilə idarəetmə bacarığı
İş qrafiki:
- İş yeri: Ofis Sədərək TM girişində yerləşir.
- Maaş: 2000-2500 azn
Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, mövzu hissəsində vakansiya başlığını qeyd etməklə CV-lərini email ünvanına yönləndirsinlər.
Mağaza Adminstratoru
Son tarix 19 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- Mağazaya təyin edilən hədəfə çatmaq;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
- Dil bilikləri: Rus dili-əla;
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Analitik düşüncə qabiliyyəti;
- Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
- Satış texnikası, idarəçilik qabiliyyəti;
- 25-45 yaş arası xanımlar;
Şirkət təklif edir:
- İş rejimi: Həftədə 6 gün (növbəli)
- Əmək haqqı: 1000-1200Azn
- Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz CV-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.