Sumgait Technologies Park
Data analitik və hesabatlıq üzrə mütəxəssis
Son tarix 17 avq 2023 - Müraciət et
Tələblər:
- Biznes/İqtisadiyyat sahələri üzrə Ali təhsil;
- Analoji sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- MS Office proqramlarında ( Xüsusilə MS Excel, MS Power Point, MS Visio və MS Project) yüksək səviyyədə işləmək bacarığı;
- Power BI platformasından yüksək səviyyədə istifadə bacarığı;
- Azerbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməli, rus dili arzuolunandı;
- Hesabatlıq və təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
- Analitik düşünmə qabiliyyəti və böyük həcmli data ilə işləmə bacarığı;
- Maliyyə modelləşdirməsi təcrübəsi və bacarığı;
- Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
- Operativlik, vaxtdan düzgün istifadə bacarığı.
Hansı işləri görəcəksiniz:
- Müəssisə və ofis daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların üzləşdirilməsi və təhlilərin aparılması;
- Statistik məlumatların düzgünlüyünü yoxlanılması, sistemləşdirilməsi, ümumiləşdirilməsi və hesabatların hazırlanması;
- Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Hesabatların və təqdimatların keyfiyyətli hazırlanması və avtomatlaşdırılmasına dair təkliflər verilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan biznes modellərin və proseslərin hazırlanması və təhlili;
- Ofisin rəhbərliyinin tapşırıqları əsasında bölmələrin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra edilməsi.
Nə əldə edəcəksiniz?
- Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, tibbi siğorta ilə və nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Vakansiya tələblərinə uyğun namizədlərdən işə qəbul portalından qeydiyyatdan keçərək müraciət etməsi xahiş olunur.
Baş Hüquqşünas
Son tarix 17 avq 2023 Müraciət et
Bizim üçün uyğun namizəd:
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsinə malik olmalı;
- Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
- Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
- Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında və digər təşkilatlarda Cəmiyyəti təmsil etmək;
- Daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Hüquqi ekspertiza üçün daxil olan normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
- Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
- Cəmiyyətin xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Cəmiyyətin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Əmək münasibətləri sahəsində Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
- Cəmiyyətin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlərin yerində və operativ araşdırılması.
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Vakansiya tələblərinə uyğun namizədlərdən işə qəbul portalından qeydiyyatdan keçərək müraciət etməsi xahiş olunur.