STP Global Cable
Tender məhsullarının alışı üzrə aparıcı mütəxəssis
Son tarix 14 dek 2025 - Müraciət et
“STP GLOBAL CABLE” MMC Satınalma departamentində “Tender məhsullarının alışı üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst, Rus və İingilis dilini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır;
- Şəxsi maşının olması arzuolunandır.
Hansı işləri görəcəksiniz?
- Təchizat və satınalma prossesləri üzrə ümumi prinsiplərdən məlumatlı olmalı;
- Tenderlərin ehtimal qiymət sorğuları üzrə vaxtında və düzgün təkliflərinin hazırlamalı;
- Elektrik və İT məhsulları üzrə məlumatlı olmalı;
- Tələb olunan məhsulun doğru alışını etmək üçün sorğu daxil olan şöbələrlə qarşılıqlı kommunikasiya etməli;
- Məhsulların vaxtında istehsalata çatdırılmasına nəzarət etmək;
- Tender alışları üzrə maliyyə ödənişlərini diqqətə saxlamaq;
- Məhsullar üzrə TDS-lərin təchizatçı şirkətdən əldə olunması;
- Təchizatçıların arasında düzgün seçim etməli;
- Bazarı təhlil etmək bacarığı olmalı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış;
- Rəhbərlik tərəfindən yönləndirilən bütün sorğuları zamanında icra etməli və lazımi hesabatların hazırlamalı .
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tender məhsullarının alışı üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] email ünvanına
və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.













