STP Alüminium
Satınalma üzrə mütəxəssis (xarici bazar)
Son tarix 15 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması
- Təchizatçıların seçimi və qiymətləndirilməsi
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
- Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi
- Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması
- Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması
Təmir sahəsinin rəisi – Baş mühəndis
Son tarix 15 dek 2023 [email protected]
Vəzifəyə dair əsas tələblər, kompetensiyalar:
- Ali-texniki mühəndis təhsili
- Kompyuter biliyi
- Metal seçmə və metalın xüsusiyyət biliklərini
- İdarəetmə qabiliyyəti
- İşçilərlə ünsiyyət qurma bacarığı.
Vəzifə öhdəlikləri:
- Avadanlıqların fasiləsiz , texniki xidmətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Avadanlıqlara baxış sınaq və profilaktik təmir işlərini təmin edir. İstehsalın texniki hazırlığını təmin edir. Təmir arası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
- Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib –hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyyat hissələrinin və materialların alınmasını təmin edir.
- Təmir işlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir.
- İstehsalat zəruriyyəti ilə lazım olan təmir işlərini təşkil edir.
- Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili işlərini yerinə yetirir.
- Təbii sərvətlərin, enerjinin, materialların faydalı istifadə olunmasına imkan yaradır.
- Layihə olunacaq avadalıqların texniki göstəricilərin səviyyəsini təyin edir. Layihə üzrə texniki hesablamalar aparır və layihə olunacaq konstruksiyanın effektliyini texniki –iqtisadiyyatını təşkil edir və digər texniki sənədləri tərtib edir. İşlənib hazırlanmış layihələri müəssisənin başqa bölmələri ilə, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırır.
Kefiyyətə nəzarət üzrə İnspektor
Son tarix 15 dek 2023 [email protected]
Vəzifəyə dair əsas tələblər, kompetensiyalar:
- Normativ və konstruktor sənədlərini anlamalı
- İstehsal olunan məhsulun texnologiyasını bilməli
- İstehsalatda tətbiq olunan standartları bilməli
- İstehsal olunan məhsulun standarta uyğun nəzarət olunan ölçü parametrlərini və nəzarət qaydalarını, ölçmə vasitələrindən istifadə etməyi, məhsulun xarici qüsurlarının əsas əlamətlərinə görə tanımağı və sinifləşdirməyi bacarmalı
- İngilis dili və rus dilini bilmək (üstünlük verilir)
- MS Excel, MS Word, Outlook proqramları ilə işləmək bacarığı
- Cəmiyyət daxili kommunikasiya əsaslarını bilməli.
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların standartlara və təmin edilən qaydalara uyğun olmasına nəzarət edilməsi
- İstehsal olunan məhsulun vizual və ölçülərinin yoxlanılması
- İstehsal olunan məhsulun düzgün olan, qeydiyyatdan keçmiş, möhürlənmiş cizgilər əsasında yoxlanılması
- Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət edilməsi
- İstehsal prosesinin bütün mərhələlərində operativ nəzarətin həyata keçirilməsi
- Keyfiyyətsiz məhsulun istehsalının qarşısının alınması
- Uyğunsuz və ya zay məhsul buraxıldığı təqdirdə məhsul partiyasını (seriyasını) qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq
- Zay məhsul istehsalı zamanı onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək
- Məhsulun keyfiyyətinin qoyulan tələblərə cavab verməməsi səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək
- Məhsulun düzgün paketlənməsinə nəzarət etmək
- İstehsal zamanı məhsulun girişdən çıxışa qədər bütün mərhələlərdə izlənməsini təmin etmək
Hidravlik usta
Son tarix 15 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
- Avadanlıqların hidravlika sahəsində baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
- Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.
- Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında,təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında,ehtiyat hissələrinin və materialların alınması üçün siyahılarınhazırlanmasında iştirak edir.
- İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir.
- FPTM-də və induksiya sobalarında hidronasos və hidroakumulyator stansiyalarının işini idarə edir.
- Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir.
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir.
- Hidravlik sisteminin stabil işini təmin edir.
- Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır.
- Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurur.
- Təkrar soyutma roliklərinin yağlanmasını təmin edir.
- Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
- İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
- Təmir briqadalarının işçilərinə rəhbərlik edir.
- İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
- Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.
- Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
- İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
- Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik
- Qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir.
- Sas vəsaitlərin inventarizasiyasında iştirak edir, köhnəlmiş avadanlıqların, əsaslı təmir tələb olunan obyektlərin təmirində ştirak edir.
- Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir.
- İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.
- Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir