STP Alüminium
İnsan resursları bölməsində Menecer
Son tarix 17 avq 2024 - [email protected]
Tələblər:
- İnsan resursları sahəsi üzrə ali təhsil;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Müvafiq sahədə ən 3 il iş təcrübəsi;
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik təhlil qabiliyyəti.
- İstehsalat sahəsində təcrübə üstünlükdür.
Hansı işləri görəcəksiniz:
- Bütün işə qəbul prosesinin idarə edilməsi, iş elanlarının hazırlanması, vakansiya tələblərinə uyğun namizədlərin seçimi, ilkin müsahibələrin təşkili və aparılması
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edilməsi.
- EMAS portalında işə qəbul, xitam, dəyişiklik və digər əməliyyatların aparılması və əmrlərin hazırlanması
- Əmək və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması;
- İSB portalında əməliyyatların icrası;
- Tibbi sığorta portalında işçilərin qeydiyatına nəzarət edilməsi
- Daxil olan məktubların rəsmi şəkildə cavablandırılması ;
- İşçi məlumatlarının bazaya daxil edilməsi və dəyişikliklərin aparılması;
- Aylıq hesabatların hazırlanması
Əlavə məlumatlar:
- Əmək haqqı 2000 azn;
- Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təminat;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Namizədlərdən CV-lərini mövzu yerinə vəzifəni qeyd edərək elektron poçtuna göndərmələri xahiş olunur.