Star Mining LLC
SƏTƏM üzrə mühəndis
Son tarix 04 okt 2023 - [email protected]
Əmək haqqı: 1200-1500 azn
Namizədə tələblər:
- Yaş həddi:27-40
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
- İngilis dilini bilməsi arzu olunandır
- Office proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
- Yüksək idarəetmə qabiliyyəti
- İşinə məsuliyyətli yanaşma
Vəzifə təlimatı:
- Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis texniki işçilərini cəlb etməklə ardıcıl olaraq sexlərdə, qurğularda və digər istehsalat bölmələrində əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür.
- Müvafiq şöbə və xidmətlərlə birlikdə istehsal prosesslərinin, işlərinin təhlükəsiz təşkilinə, avadanlığın təhlükəsiz istismarına, istehsalat binalarının, qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerlərində mühafizə, vasitəllərin lazım olan miqdarına, sazlığına nəzarət edir.
- Avadanlıqların pasportlaşdırılmasında struktur bölmələrin rəhbərlərinə metodik yardım göstərir.
- İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərinə görə) xüsusi geyimlə, ayaqqabılarla. Fərdi mühafizə vasitələrilə,təmin olunmalarına, onların qəbul olunmasına, saxlanmasına, təmirinə, yuyulub təmizlənməsinə nəzarət edir. Baş verə biləcək qəzaların, yanğınların ləğv olunma planının öyrədilməsinə nəzarət edir. İşçilərin təhlükəsiz iş üsuluna, vaxtında öyrədilməsinə, təlimatın keçirilməsinə, biliklərinin yoxlanılmasına nəzarət edir və bunun haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət edir.
- Əməyin mühafizəsinə dair texniki sənədlərin standartlara, qaydalara uyğun olaraq aparılmasına nəzarət edir.
- İşçilərin işə qəbulu zamanı keçiriləcək təlimatın proqramını hazırlayır, onlara işə qəbul (giriş) təlimatını keçir.
- Mühəndis-texniki işçilərin peşəsinə və yerinə yetirdikləri işi nəzərə alaraq onların biliklərinin yoxlanması üçün suallar hazırlayır və müəssisənin müdiriyyətinin təsdiqinə verir.
- Təhlükəsizlik qayda və normalarının pozuntusu hallarınınaradan qaldırılması üçün struktur bölmə,şöbə rəhbərlərinə, baş mütəxəssislərə və digər vəzifəli şəxslərə göstərişlər verir.
- İşləyənlərin həyatına və sağlamlığına təhlükə yaradan istehsalat sahəsində maşın və mexanizmlərlə, dəzgahlarla işləri dayandırır. Qayda pozuntularına yol verən şəxslər barədə öz rəhbərliyinə məlumat verir. Qüvvədə olan təlimatların yenidən işləmələrini, standartların təhlükəsiz iş üsulu ilə yaddaşların işlənib hazırlanmasını təşkil edir. Təlimatların keçirilməsi üçün proqramların hazırlanmasında yardım göstərir. Əməyin mühafizəsi üzrə işini təşkil edir, işçilərin öyrədilməsi üçün texniki vasitələrlə, plakatla, maketlərlə, mühafizə vasitələrlə, ədəbiyyatla təchiz olunması üçün ölçü götürür.
- İstehsalatda baş vermiş bədbəxt hadisələri və peşə xəstəliklərini qeydiyyata alır, uçotunu aparır. Bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında qoyulmuş qaydaya əsasən hesabat, məlumatları hazırlayır.
- İstehsalat proseslərinin, avadanlığın, qurğuların əmək şəraitini yaxşılaşdıran, işçilərin təhlükəsizliyini təmin edən vasitələrlə təchiz olunmasına nəzarət edir. Daha keyfiyyətli mühafizə, vasitələrin konstruksiyalarının hazırlanmasında, sahələrdə tətbiq olunmasında iştirak edir və onların keyfiyyətliliyini təhlil edir.
- Tikiləcək, yenidən qurulacaq, təmir ediləcək istehsal sexlərinin, binaların qurğuların, obyektlərin, sanitariya-məişət mənzillərinin texniki-layihə sənədlərinin baxılmasında iştirak edir və buna dair öz rəyini bildirir.
- Əməyin mühafizəsinə dair əmrlərin, qərarların, göstərişlərin və digər sənədlərin layihəsini hazırlayır.
İş vaxtı: 15 gün, 08:00-dan 20:00-dək, 15 gün istirahət
İş yeri : Daşkəsən r., Çovdar k.,
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mail-ə mövzu yerində “SƏTƏM üzrə mühəndis” qeyd edərək göndərə bilərlər.
SƏTƏM üzrə Rəhbər
Son tarix 04 okt 2023 [email protected]
Əmək haqqı: 2000-2500 azn
Namizədə tələblər:
- Yaş həddi:27-40
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
- İngilis dilini bilməsi arzu olunandır
- Office proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
- Yüksək idarəetmə qabiliyyəti
- İşinə məsuliyyətli yanaşma
Vəzifə təlimatı:
- Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis texniki işçilərini cəlb etməklə ardıcıl olaraq sexlərdə, qurğularda və digər istehsalat bölmələrində əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür.
- Əməliyyatlar zamanı və Şirkətin ümumi fəaliyyətində peşəkar sağlamlıq və əməyin təhlükəsizliyiyi qaydalarına riayyət olunmasının təmin edilməsi;
- Sıfır qəza nəticəsinin təmini məqsədi ilə bağlı fəal və məsuliyyətlə təbliğat aparmaq və ərazilərdə əməyin təhlükəsizliyinə riayyət edilməsinə nəzarət etmək;
- Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə qayda və prosedurların hazırlaması və tətbiq edilməsinə dair məsuliyyət daşımaq;
- Bütün layihələrə dair Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi Planları hazırlamaq və icrasını təmin etmək;
- Subpodratçılar və Şirkət işçilərinin fəaliyyətlərini, eləcə də bütün iş ərazilərini daima yoxlamaq və işlərin təhlükəsizliyinə nəzarət etmək;
- Əməyin Təhlükəsizliyi qaydaları ilə tanışlıq, alətlər barədə danışıqlar, Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi barədə görüşlər, iş öncəsi, qəza/ hadisə sonrası, həftəlik və digər zəruri görüşləri aparmaq;
- Sağlamlıq və əməyin təhlükəsizliyi auditini aparmaq, müvafiq əməliyyatlara cəvabdeh olan menecerlər və subpodratçılar ilə birgə yoxlamalar aparmaq;
- Yerli icmalar ilə iş və digər fəaliyyətlər baxımından Şirkətin ərazi menecerləri və subpodratçıların nümayəndələri ilə sıx əməkdaşlıq və əlaqədə işləmək;
- Layihə Menecerləri və subpodratçılara Sağlamlıq və Əməyin Təhlükəsizliyi mövzusunda rəhbərlik və texniki dəstək təqdim etmək;
- İşçi heyyəti, fəhlələr və ziyarətçilərə sağlamlıq və əməyin təhlükəsizliyi mövzusunda təlim proqramlarını hazırlamaq və həyata keçirmək;
- Sağlamlıq və əməyin təhlükəsizliyi mövzusunda informasiya və qeydiyata alma sistemini təmin etmək;
- Layihələr daxilində müsbət yönümlü rəhbərliyi təmin etmək və müasir təcrübələrin qəbulunu təşviq etmək;
- Qəza/ hadisə araşdırma heyyətini idarə etmək və geniş araşdırma hesabatı təqdim etmək;
- Peşə sağlamlığı və əməyin təhlükəsizliyi göstəricilərinin dəvamlı təkmilləşdirilməsi öhdəliyini nümayiş etdirmək.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-dək
İş yeri : Daşkəsən r., Çovdar k.,
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mail-ə mövzu yerində “SƏTƏM üzrə rəhbər” qeyd edərək göndərə bilərlər.