Star Mining LLC
Maliyyə hesabatlığı üzrə mütəxəssis
Son tarix 10 mar 2022
Yaş həddi: 28-40
Əmək haqqı: 2200-2500 Net
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;
Vəzifə təlimatı:
- Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
- Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
- Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
- Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “Maliyyə hesabatlığı üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər.