Star Mining LLC
Baş Anbardar
Son tarix 14 iyl 2023 - [email protected]
Əmək haqqı: 1500 azn
Namizədə tələblər:
- Yaş həddi:27-40
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
- İngilis dilini bilməsi arzu olunandır
- Office proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
- Yüksək idarəetmə qabiliyyəti
- İşinə məsuliyyətli yanaşma
Vəzifə təlimatı:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasını təmin etmək
- Yararsız vəziyyətə düşümüş mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək
- İşlənmiş, lakin yararlı vəziyyətdə olan mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək
- Anbar ərazisində yeni, yararsız vəziyyətə düşümüş, işlənmiş, lakin yararlı vəziyyətdə olan mal-materialların biri-birindən ayrı yerləşdirilməsini təmin etmək
- Daxili prosedurlara uyğun zərərsizləşdirilmək üçün ayırılmış mal-materiallar üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını və həmin malların anbar ərazisində digər anbar qalıqlarından ayrı yerləşdirilməsini təmin etmək
- Daxili prosedurlara uyğun istismardan çıxarılmış (işlənmiş) və kənara satış üçün ayırılmış mal-materiallar üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını və həmin malların anbar ərazisində digər anbar qalıqlarından ayrı yerləşdirilməsini təmin etmək
- anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C: 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək
- Daxili prosedurlara uyğun yararsız vəziyyətə düşümüş və işlənmiş, lakin yararlı vəziyyətdə olan mal-material qalıqlarının həftəlik inventarizasiyasının aparılmasında iştirak etmək
İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-dək
İş yeri : Bakı və Daşkəsən Çovdar
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “Baş anbardar” qeyd edərək göndərə bilərlər.