Star Mining LLC
Aparıcı Mühasib
Son tarix 12 sen 2022 - [email protected]
Ə/H: 1500-2000 AZN
Vəzifə təlimatı:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi ;
- Bank və kassa əməliyyatlarının düzgün aparılması, rezident və qeyri-rezidentlərə ödənişin həyata keçirilməsi;
- Kredit əməliyyatlarının uçotu və bununla bağlı monitorinqi;
- E-Qaimə faktura və hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar və idxal olunan malların maya dəyərinin hesablanması;
- Vergi uçotunun aparılması;
- Vergi, DSMF , statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi:28-45
- 7-10 il aidiyyatı sahə üzrə təcrübə
- Azərbaycan dilini bilməsi mütləqdir
- Rus və İngilis dili biliyi arzu olunandır
- MS Office proqramları, 1C, Logo, SAP proqramlarında işləmək bacarığının olması ( istənilən birində)
- BTP proqramı, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Zəhmət olmasa yuxarıdakı tələblərə uyğun olmayan namizədlər cv göndərməsin.Uyğun namizədlər CV formalarını mail-ə göndərə bilərlər.