Star Mining LLC
SƏTƏM üzrə mühəndis
Son tarix 01 yan 2024 - [email protected]
Əmək haqqı: 1200-1500 azn
Namizədə tələblər:
- Yaş həddi:27-40
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
- İngilis dilini bilməsi arzu olunandır
- Office proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
- Yüksək idarəetmə qabiliyyəti
- İşinə məsuliyyətli yanaşma
Vəzifə təlimatı:
- Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis texniki işçilərini cəlb etməklə ardıcıl olaraq sexlərdə, qurğularda və digər istehsalat bölmələrində əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür.
- Müvafiq şöbə və xidmətlərlə birlikdə istehsal prosesslərinin, işlərinin təhlükəsiz təşkilinə, avadanlığın təhlükəsiz istismarına, istehsalat binalarının, qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerlərində mühafizə, vasitəllərin lazım olan miqdarına, sazlığına nəzarət edir.
- Avadanlıqların pasportlaşdırılmasında struktur bölmələrin rəhbərlərinə metodik yardım göstərir.
- İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərinə görə) xüsusi geyimlə, ayaqqabılarla. Fərdi mühafizə vasitələrilə,təmin olunmalarına, onların qəbul olunmasına, saxlanmasına, təmirinə, yuyulub təmizlənməsinə nəzarət edir. Baş verə biləcək qəzaların, yanğınların ləğv olunma planının öyrədilməsinə nəzarət edir. İşçilərin təhlükəsiz iş üsuluna, vaxtında öyrədilməsinə, təlimatın keçirilməsinə, biliklərinin yoxlanılmasına nəzarət edir və bunun haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət edir.
- Əməyin mühafizəsinə dair texniki sənədlərin standartlara, qaydalara uyğun olaraq aparılmasına nəzarət edir.
- İşçilərin işə qəbulu zamanı keçiriləcək təlimatın proqramını hazırlayır, onlara işə qəbul (giriş) təlimatını keçir.
- Mühəndis-texniki işçilərin peşəsinə və yerinə yetirdikləri işi nəzərə alaraq onların biliklərinin yoxlanması üçün suallar hazırlayır və müəssisənin müdiriyyətinin təsdiqinə verir.
- Təhlükəsizlik qayda və normalarının pozuntusu hallarınınaradan qaldırılması üçün struktur bölmə,şöbə rəhbərlərinə, baş mütəxəssislərə və digər vəzifəli şəxslərə göstərişlər verir.
- İşləyənlərin həyatına və sağlamlığına təhlükə yaradan istehsalat sahəsində maşın və mexanizmlərlə, dəzgahlarla işləri dayandırır. Qayda pozuntularına yol verən şəxslər barədə öz rəhbərliyinə məlumat verir. Qüvvədə olan təlimatların yenidən işləmələrini, standartların təhlükəsiz iş üsulu ilə yaddaşların işlənib hazırlanmasını təşkil edir. Təlimatların keçirilməsi üçün proqramların hazırlanmasında yardım göstərir. Əməyin mühafizəsi üzrə işini təşkil edir, işçilərin öyrədilməsi üçün texniki vasitələrlə, plakatla, maketlərlə, mühafizə vasitələrlə, ədəbiyyatla təchiz olunması üçün ölçü götürür.
- İstehsalatda baş vermiş bədbəxt hadisələri və peşə xəstəliklərini qeydiyyata alır, uçotunu aparır. Bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında qoyulmuş qaydaya əsasən hesabat, məlumatları hazırlayır.
- İstehsalat proseslərinin, avadanlığın, qurğuların əmək şəraitini yaxşılaşdıran, işçilərin təhlükəsizliyini təmin edən vasitələrlə təchiz olunmasına nəzarət edir. Daha keyfiyyətli mühafizə, vasitələrin konstruksiyalarının hazırlanmasında, sahələrdə tətbiq olunmasında iştirak edir və onların keyfiyyətliliyini təhlil edir.
- Tikiləcək, yenidən qurulacaq, təmir ediləcək istehsal sexlərinin, binaların qurğuların, obyektlərin, sanitariya-məişət mənzillərinin texniki-layihə sənədlərinin baxılmasında iştirak edir və buna dair öz rəyini bildirir.
- Əməyin mühafizəsinə dair əmrlərin, qərarların, göstərişlərin və digər sənədlərin layihəsini hazırlayır.
İş vaxtı: 15 gün, 08:00-dan 20:00-dək, 15 gün istirahət
İş yeri : Daşkəsən r., Çovdar k.,
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.
Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “SƏTƏM üzrə mühəndis” qeyd edərək göndərə bilərlər.