SRS Group
Metal konstruksiya üzrə mühəndis konstruktor
Son tarix 23 iyn 2023 [email protected]
Öhdəliklər:
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Konstruktiv hesabatların aparılması, Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
- Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
- Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
- Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
- Həm lahiyəni həm də hesabatı bilməlidir.
Namizədə olan tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Yaş həddi: 27-50
- İş təcrübəsi: tikinti sahəsində 5 ildən yuxarı
- Cins: kişi.
Həftədə 6 gün iş günüdür.
Bazar günü istirahət günüdür.
Əmək haqqı: 2000 - 2500 manatdır.
Namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.