SRC LLC
Aparıcı mühasib
Son tarix 11 fev 2024 - [email protected]
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali təhsil, bakalavr dərəcəsi
Təcrübə: 3-5 il
Dil bilikləri: İngilis dili arzuolunandır
İş şəraiti və şərtlər:
- İş və istirahət vaxtı üzrə: Həftə içi saat, 10:00-dan18:00-dək, Şənbə günü saat10:00-15:00 -dək
- Vəzifə maaşı: 1500 -1700 AZN
- İş yeri: Bakı şəhəri Zərifə Əliyeva küçəsi 107 A
- Bilməlidir
- Ofis proqramları, 1C, Vergi Məcəlləsi,
- hesablar planı və müxabirləşmə;
- uçot sahələrində sənəd dövriyyəsinin təşkili;
- əsas vəsaitlərin, inventarların və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların sənədləşdirilməsi və mühasibat uçotunda əks etdirilməsi qaydası;
- müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlili üsullarını;
Vəzifə funksiyaları:
- Xərclərin və gəlirlərin uçotu, E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi.
- Daxil olan fakturaları E-qaimələri 1 C proqramında daxil etmək.
- Xərclərin və gəlirlərin hesabatını tərtib etmək, bank çıxarışlarını işləmək, depozitləri nəzarətdə saxlamaq.
- Mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, balans haqqında hesabatın aylıq tərtib edilib, rəhbərliyə təqdim edilməsi
- Şirkətin xaricdəki nümayəndəsinə hesabatın göndərilməsi, müvafiq olaraq ödənişin edilməsi
- Nağd pul vəsaitlərinin və pul sənədlərinin qəbulu.
- Kassa mədaxil orderlərinin qeydiyyat jurnalının aparılması, xəzinədar hesabatının hazırlanması
- Mühasibatlıq, staistik və vergi uçotunun tələblərinə cavab verən uçot və hesabatlarının məlumat sistemin formalaşdırılması
- Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının , pul vəsaitlərinin , dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin , cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq.
- ƏDV, DSMF hesabatlarin tərtib edilməsi
- Bütün lazımı maliyyə hesabatlarının hazırlanması
- Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təsərrüfat əməliyyatlarında istifadə olunani lkin uçot sənədlərini hazırlamaq və təsdiq etmək
- Təsərrüfat əməliyyatların uçotuna, sənəd dövriyyəsinin təşkilinə , məlumatın texnoloji tərəfindən emal olunmasına və onun məxfiliyini qorunmasına daxili nəzarət sistemini təşkil etmək.
Namizədlər elektron ünvanına Aparıcı mühasib yazmaqla mürəciətlər edə bilərlər.