SR Group Co MMC
Zəmanət üzrə mütəxəssis
Son tarix 18 fev 2025 - [email protected]
Namizədə tələblər
- Ali təhsil (texniki təhsil üstünlük təşkil edir);
- Azərbaycan, Rus və İngilis dili əla səviyyədə bilmək (Alman dili biliyi üstünlükdür);
- Avtomobil sahəsində 2 il ildən az olmayaraq iş təcrübəsi;
- MS office və 1C proqramlarında işləmək bacarığı;
- Dinamiklik, təqdim etmə bacarığı ,təşəbbüskar, həlledici, məqsədyönlü komanda üzvü olmaq;
- Avtomobillərin texniki quruluşu, zəmanət prosesləri və məsələləri ilə bağlı geniş məlumatlı olmaq.
Vəzifələr
- Zəmanət hallarını qeydə almaq, lazımi sənəd, şəkillər və digər materialları toplamaq;
- Zəmanət iddialarını istehsalçı zavodun sisteminə yerləşdirmə;
- Bu iddiaların təsdiqini və ödənişini daima nəzarətdə saxlamaq;
- Baş usta ilə birlikdə avtomobillərə texniki baxış və video çəkiliş aparılması;
- İstehsalçı ilə ödənişlərin nəzarəti üçün mütəmadi üzləşmələrin keçirilməsi;
- İstehsalçı və diler arasında əlaqə;
- Geri qaytarılmış iddiaların çatışmayan sənədlərinin toplanması və ya səhvlərin korrektə edilməsi;
- Zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin anbarda səliqəli və birkalanmış şəkildə saxlanması;
- Zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin 6-12 aydan bir utilizasiya olma siyahısının hazırlanması və zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin utilizasiya prosesinin təşkil olunması;
- Zəmanətli hallar üzrə müştərilərlə görüşmək və lazımi məlumatları təqdim etmək;
- Zəmanətlə dəyişdirilmiş hər hansı bir ehtiyat hissəsi istehsalçı zavod tərəfindən tələb olunduğu təqdirdə onun göndərilməsini təmin etmək;
- İstehsalçı zavod tərəfindən təşkil olunan auditdə iştirak etmək və lazımi sənəd, zəmanətlə dəyişilmiş ehtiyat hissələrini təqdim etmək;
- İstehsalçı zavod tərəfindən tələb olunan sənəd siyahısını audit standartlarına uyğun toplamaq. İstehsalçı zavod tərəfindən keçirilən təlim, seminar və görüşlərdə iştirak etmək.Zəmanət iddiaları ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Zəmanət prosedurunun müştəri yönümlü olması üçün daima araşdırmalar aparmaq və yeni təkliflər təqdim etmək;
- Zəmanət hallarının sənəd dövriyyəsinə nəzarət etmək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Zəmanət üzrə mütəxəssis” qeyd edərək CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər