SOCAR Downstream Management
NÖC üzrə texnik
Son tarix 21 okt 2022 - [email protected]
Texniki tələblər:
- Sahədəki Nəzarət ölçü cihazlarında profilaktik və düzəldici təmirlərin aparılması.
- Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyən bir prosedura və spesifikasiyalara uyğun olaraq aparılması.
- SAP sisteminə təmir ilə əlaqəli məlumatların yenilənməsinə və qeyd edilməsinə dəstəyin təmin olunması.
- Tələb olunan qaydada rutin təhlükəsizlik testlərininin və sahə avadanlıqlarında yoxlamaların aparılması.
- Müxtəlif axın, səviyyə, təzyiq və temperatur ötürücülərini və bunlarla əlaqəli idarəetmə klapanların sınanması, kalibrasiya edilməsi və çıxa biləcək problemlərin həll edilməsi.
- Sahədəki işlərin "İşə icazə sənədi" sistemi altında aparılması və sözügedən sistem haqqında kifayət qədər məlumatınınolması.
- Sahədəki anbar inventarından tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və əldə edilməsi.
- Sazlama və İşlətmə qrupuna texniki dəstəyin verilməsi.
İş üzrə ümumi tələblər:
- Neft və qaz və digər ağır sənaye sahələrində işləmək təcrübəsi,
- Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə təcrübəsi,
- Qeyd olunan tələblər üzrə minimum 1 illik təcrübə,
- Təhlükəsizlik qanunvericiliyi və qaydalarını bilmək,
- Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi (arzuolunan),
- Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi (arzuolunan).
Müraciət üçün uyğun namizədlərdən CV-lərini, “mövzu” hissəsində vakansiyanın adını yazmaqla elekton ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 20.10.2022
Qeyd: Yalnız vakansiyanın ilkin tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.