SMTS
Aparıcı mühasib
Son tarix 09 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalat, tikinti və kommersiya strukturunu bilməli, Dövlət qurumları tərəfindən tələb olunan bütün vergi və maliyyət hesabatlarını tərtib etmək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
- Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmalı;
- Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
- Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat);
- Aparıcı mühasib və ya baş mühasib olaraq ən azı 5 il iş təcrübəsi;
- Microsoft Office (Outlook, Word, xüsusi ilə Excel) əla səviyyədə bilməli (LOGO proqramını bilənlərə üstünlük veriləcək);
- Azərbaycan dili əla səviyyədə bilməli;
- Vergi məcəlləsini əla bilməli;
- PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı;
- Dürüst və məsuliyyətli;
- Yüksək analitik təhlil, iri həcimli məlumatları işləmək bacarığı olmalı.
Digər qeydlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı: NETT olaraq 2000 –3000 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir.
- İş yeri: Bakı şəhəri Nərimanov ray., Əhməd Rəcəbli
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.