Smart Ticket
Baş mühasib
Son tarix 01 apr 2024 - [email protected]
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- Yüksək səviyyədə MS Office proqramlarının biliyi;
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli; E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
- Peşəkar mühasibatlıq sertfikatına malik olmalı;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli;
Bilməlidir:
- Maliyyə, vergi və təsərrufat qanunvericiliyini;
- muəssisənin maliyyə-təsərrufat fəaliyyətinin iqtisadi təhlili, təsərrufatdaxili ehtiyatların aşkarlanması metodlarını;
- pul vəsaitlərinin, mal-material və digər qiymətlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydasını;
- huquqi və fiziki şəxslərdən vergi tutulması şərtlərini;
- muhasibat ucotu hesablarından catışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi qaydasını;
- pul vəsaitlərinin və mal-material qiymətlilərinin inventarlaşdırılmasının aparılması qaydasını;
- muhasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini; yoxlama və sənədli təftişin aparılması qaydasını;
- hesablama texnikasının muasir vasitələrini və ucot-hesabat işlərinin yerinə yetirilməsi, muəssisənin istehsalat-təsərrufat və maliyyə fəaliyyətinin təhlili ucun onların tətbiq edilməsi imkanlarını;
- müəssisənin fəaliyyət göstərdiyi sahənin, əmək və idarəetmənin iqtisadiyyatı və təşkilini;
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil edir və nəzarətini təmin edir.
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim olunması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
Əmək haqqı müsahibə əsasında təyin edilir.
Əlavə məlumat:
- İş yeri: Bakı şəh.,Eldar Tağızadə 15 A. “Smart Ticket” ASC
- İş qrafiki: 5 günlük iş qrafiki ilə təyin olunur.
- İş saatı: 09:00-18:00-dək.
- İstirahət günü: Şənbə, bazar
- Şirkət tərəfindən danışıq nömrəsi və danışıq limiti.
Tel: +99410-232-25-46
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər elektron ünvana CV göndərə bilərlər: