Smart Audit
İnsan Resursları departamentinin kiçik mütəxəssisi
Son tarix 02 iyl 2025 - [email protected]
Vəzifə təlimatları:
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) işçilərin işə qəbulu, işdən çıxarılması, vəzifə/əmək haqqı dəyişilməsinin həyata keçirilməsi, müqavilə müddətlərinin izlənilməsi, məzuniyyət, ezamiyyə və s. əmrlərinin verilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi;
- Sosial məzuniyyətlərin rəsmiləşdirilməsi və müavinətlərin hesablanmasına köməklik göstərilməsi;
- Aylıq davamiyyət cədvəllərini hazırlanması;
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçilərin icbari sığortasının təmin edilməsi;
- İnsan Resursları departamentinə aid digər işlərin yerinə yetirilməsində departamentin digər işçilərinə köməklik edilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsinin olması üstünlükdür;
- Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlar üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Peşəkar inkişafa meyllilik;
- Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
- Azərbaycan dilində mükəmməl, ingilis dilində yazılı və şifahi ünsiyyət bacarığı.
İş şəraiti:
- İş yeri: Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
- İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək, bütün rəsmi bayramlar və digər qeyri-iş günləri istirahət günü hesab olunur.
- Əmək haqqı: 500-600 AZN
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İnsan Resursları departamentinin kiçik mütəxəssisi” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.