Vakansiya :Kadrlar üzrə mütəxəssis
Tələblər:
- Yaş: 21-35;
- Təhsil: Ali təhsil;
- Təcrübə: Minimum 1 il;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşində məsuliyyətli və dəqiq olmalı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
- Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Ünvan : Siyəzən rayonu ərazisi
- Sumqayıt ərazisində yaşayalnara üztünlük verilir
- Əmək haqqı: 500-700 AZN
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-500-54-12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz