Sirab Satış və Dağıtım MMC
Biznes Analitik
Son tarix 01 okt 2025 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (Marketinq, Biznesin İdarəedilməsi, İqtisadiyyat);
- Təcrübə: minimum 2 il;
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı;
- Məlumatların vizuallaşdırılması üzrə təcrübə (Power BI, MS Excel).
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Komandada işləmək bacarığı.
İş barədə:
- Marketinq kampaniyalarının performansını (ROI, CTR, Conversion Rate, Customer Acquisition Cost və s.) təhlil etmək;
- Satış, müştəri davranışı, bazar seqmentasiyası və trend analizi aparmaq;
- Müştəri seqmentasiyası, churn analizi və “customer lifetime value” modellərini yaratmaq;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlanması.
İş vaxtının norması:
- 5 günlük növbəli iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Yemək şirkət tərəfindən.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Biznes Analitik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.