Sirab Satış və Dağıtım MMC
Baş Mühasib
Son tarix 18 dek 2024 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
- Komputer bilikləri: MS Office – Yaxşı; Mikro ERP və Günəş proqram bilikləri-arzuolunandır;
- Dil bilikləri: Azərbaycan – Əla; Rus və ya ingilis dili biliyi- arzuolunandır;
- Minimum təcrübə: 5 il (müvafiq sahə üzrə);
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
- Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Baş Mühasib” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.