Sinteks Şirkətlər qrupuna hal hazırda Logistika üzrə kiçik administrator tələb olunur.
İşin rolu:
İşin əsas rolu şirkətin idxal və ixrac daşınmalarının həyata keçirilməsini təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
• Daşınma prosesi və gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri hazırlamaq
• Malların vaxtında çatdırılmasını təşkil etmək
• Malların sığortalanmasını təşkil etmək
• Anbar və məsul şəxsləri gələn mallar barədə vaxtında məlumatlandırmaq
• Yük fakturalarını məlumat bazası və maliyyə sisteminə daxil etmək
• Daşınma və gömrük rəsmiləşdirilməsi üçün lazımi sertifikatlarları və icazələri almaq
Əsas tələblər:
İxtisas / Təhsil:
• Biznes İdarəetməsi / Maliyyə / Təchizat Zənciri İdarəetməsi / Logistika və ya digər müvafiq sahədə Ali təhsil
Təcrübə:
• Təchizat Zənciri/Logistika/Maliyyə üzrə 1 ilə kimi təcrübə
• Satış sahəsində təcrübə arzuolunandır
Professional Biliklər:
• Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı, Rus dili orta səviyyədə
• MS Office proqramlarını mükəmməl bilmək
• Beynəlxalq nəqliyyat standartları (Incoterms), müqavilə hüququ və standart daşınma qaydaları və şərtlərini bilmək
Professional Bacarıq və Kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Danışıqların aparılması
• Analitik düşüncə
• Risklərin idarəolunması
• Məsuliyyət
• Detallara diqqət
• Zamanın idarəolunması
• Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mailına, mövzu hissəsində “Logistika üzrə kiçik administrator” qeyd edib göndərilməsi xahiş olunur.