Vakansiya: Aparıcı Satış Təmsilçisi (Ev Əşyaları)
Sinteks Şirkətlər qrupuna hal hazırda Aparıcı Satış Təmsilçisi (Ev əşyaları) tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışı həyata keçirmək və təhkim olunmuş əməkdaşlara satış texnikasını öyrətməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
- Xüsusi müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
- Satış zamanı yüksək müştəri xidmətini təmin edir və yaranan problemləri həll edir
- “Total look” satışlarının ideyasını tətbiq edir
- Satış təmsiliçiləri və kiçik satış təmsilçilərinə satış texnikasının mənimsənilməsində köməklik göstərir
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
- Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır
Əsas tələblər:
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
- Ev əşyaları satışı üzrə 3 il iş təcrübəsi
Professional Biliklər:
- Müştəri xidməti
- Satış texnikası
- MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
- Ünsiyyət bacarığı
- Problem həll etmə
- Məsuliyyət
- Satış bacarıqları
- Zamanın idarəolunması
- Məqsəd yönlük
- Stressə davamlılıq.
Əmək haqqı 900 AZN + Bonus.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Satış Təmsilçisi (Ev əşyaları)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.