Sinteks Şirkətlər qrupuna hal hazırda Xəzinədar tələb olunur.
İşin rolu:
Bu rol mağazalarda pul hesabatını yoxlayır
Vəzifə öhdəlikləri:
• Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək
• Satış əməliyyatlarını icra etmək və satış proqramında qeydiyyatını aparmaq
• Müştərilərdən nəğd ödənişləri qəbul etmək və POS-terminal vasitəsilə nəğdsiz ödənişləri həyata keçirmək
• Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal qəbzlərini aidiyyəti üzrə təhvil vermək
• Malları mağazaya qəbul etmək və təftiş zamanı iştirak etmək
Əsas tələblər:
Təhsil:
• Maliyyə/İqtisadiyyat/Biznesin İdarəedilməsi və ya digər müvafiq sahədə ali təhsil
Təcrübə:
• Xəzinadarlıq sahəsində ən az 1 il iş təcrübəsi
Professional Biliklər:
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək
• MS Office Proqramlarını bilmək
• Hesabatların hazırlanması
• Nağd pul sistemləri
Professional Bacarıq və Kompetensiyalar:
• Məsuliyyət
• Diqqətlilik
• İntizam
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mailına, mövzu hissəsində “Xəzinədar” qeyd edib göndərilməsi xahiş olunur.