Sinteks Şirkətlər qrupuna hal hazırda BMHS üzrə Baş mütəxəssis tələb olunur.
İşin rolu:
İşin əsas rolu şirkətin hesabatlarının BMHS üzrə aparılması və təmin edilməsidir.
Vəzifə öhdəlikləri:
• BMHS-in tələblərinə uyğun olaraq rüblük və illik maliyyə hesabatlarını tərtib etmək
• Hesabat prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək
• Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək
• BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək
• BHMS-nin nəticələrini izləmək və Mühasibat Uçotu Standartlarının dəyişikliklərini təhlil etmək
Əsas tələblər:
İxtisas / Təhsil:
• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
Təcrübə:
• Maliyyə və ya Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi
• Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
Bilik və bacarıqlar:
• Azərbaycan dilini əla, rus dilini və ingilis dilini yaxşı səviyyədə bilmək
• MS Office Proqramlarını yaxşı bilmək: Word, Excel, Powerpoint və s.
• ACCA/CIMA
• IFRS
• 1C proqramı ilə işləmək bacarığı
Kompetensiyalar:
• Detallara diqqət
• Analitik bacarıq
• Zamanın idarə olunması
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mailina, mövzu hissəsində “BMHS üzrə Baş mütəxəssis” qeyd edib göndərilməsi xahiş olunur.