Silent Park
Baş mühəndis
Son tarix 24 avq 2025 - [email protected]
İş şəraiti:
- İş rejimi: 6 günlük
- Əmək haqqı: 2000 AZN, lakin razılaşma əsasında da təyin oluna bilər
Vəzifə öhdəlikləri:
- Mövcud və yeni inşaat layihələrinin ümumi texniki rəhbərliyini həyata keçirmək
- Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına (SNİP, DBN və s.) uyğun şəkildə yerinə yetirilməsini təmin etmək
- Tikinti sahəsində gündəlik nəzarət, keyfiyyətin və təhlükəsizlik standartlarının qorunmasına tam cavabdehlik
- Layihə üzrə texniki qrafiklərin və icra planlarının hazırlanması, onların icrasına operativ nəzarət
- Mühəndis heyətinə rəhbərlik və peşəkar inkişafın təmin edilməsi
- Podratçı və subpodratçılarla işin koordinasiyası, material və resurs planlamasının düzgün təşkili
- Müvafiq dövlət orqanları ilə texniki sənədləşmə və razılaşdırma proseslərinin idarə olunması
Namizədə tələblər:
- Yaş aralığı: 40+ yaş
- Kişi namizədlər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahədə minimum 10 il iş təcrübəsi, o cümlədən baş mühəndis vəzifəsində fəaliyyət
- Premium yaşayış və ya iri həcimli komplekslərin tikintisində praktik təcrübə
- Tikinti sahəsində qüvvədə olan yerli qanunvericilik, SNİP, DBN və digər normativ sənədlər üzrə mükəmməl biliklər
- Layihə idarəetməsi və komandaların effektiv yönləndirilməsi bacarığı
- AutoCAD, MS Project, Excel və digər müvafiq proqram təminatları ilə sərbəst işləmək bacarığı
- Yüksək məsuliyyət hissi, analitik düşüncə və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.