Silent Park MTK
Sahə rəisi
Son tarix 02 okt 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşma yolu
Vəzifə öhdəlikləri
- Tikinti ərazisindəki bütün inşaat proseslərinə gündəlik nəzarət və koordinasiya;
- Gündəlik iş planının hazırlanması və icrasına rəhbərlik;
- Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına (SNİP, DBN və s.) uyğun icrasının təmin edilməsi;
- Layihədəki texniki dəyişikliklərin icrasında iştirak və uyğunluğun təmin olunması;
- Sahə ustaları, mühəndislər və fəhlələr arasında iş bölgüsünün düzgün aparılması;
- İşçi heyətinə təlimatların verilməsi və yerinə yetirilməsinə nəzarət;
- İşçilərin işə davamiyyətinə, intizamına və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət;
- Altpodratçılarla qarşılıqlı fəaliyyətin təşkili, koordinasiyası və görülən işlərin keyfiyyətinə nəzarət;
- Müqavilə və öhdəliklər çərçivəsində görülən işlərin vaxtında və tam yerinə yetirilməsinin təmin olunması;
- Tikinti materiallarının və texnikanın düzgün istifadəsinə və dövriyyəsinə nəzarət;
- Material sifarişlərinin vaxtında verilməsi və anbar ehtiyatlarının yoxlanması;
- Görülən işlərin texniki keyfiyyətinə nəzarət və qüsurların vaxtında aradan qaldırılması;
- Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
- Gündəlik və həftəlik iş hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
- İcra olunmuş işlərin qəbul aktlarının və digər texniki sənədlərin tərtibi;
- Layihə üzrə tikinti qrafikinə əməl olunmasının təmin edilməsi və gecikmələrin qarşısının alınması üçün tədbirlər görülməsi;
- Sahədə yaranan texniki və idarəetmə problemlərinin operativ şəkildə həll olunması və rəhbərliyə məlumat verilməsi;
Tələblər
- Kişi namizədlər
- Yaş: 35+
- Tikinti mühəndisliyi, inşaat texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
- Yüksək mərtəbəli yaşayış və ya kompleks tikililərin tikintisində minimum 8 illik sahə rəhbəri və ya baş mühəndis kimi praktik iş təcrübəsi;
- Böyükhəcmli layihələrdə iş təcrübəsi və çoxprofilli komandalarla işləmə bacarığı;
Texniki bilik və bacarıqlar:
- Tikinti norma və qaydaları (SNİP, DBN, AZS, və s.) və texniki sənədlərlə işləmə bacarığı;
- Layihə sənədlərinin oxunması, iş həcmlərinin çıxarılması və icra sənədlərinin hazırlanması bacarığı;
- İnşaat materialları, müasir tikinti texnologiyaları və mərhələləri barədə geniş biliklər;
- AutoCAD, MS Project, MS Office və digər texniki proqramlarda sərbəst işləmə bacarığı;
- Komanda idarəetməsi, tapşırıqların bölüşdürülməsi və yerinə yetirilməsinə effektiv nəzarət bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.