Sienmar Engineering
Tender üzrə satış mütəxəssisi
Son tarix 20 okt 2024 - [email protected]
İş yeri: Demirchi tower
İş vaxtı: I - V günlər, 08:00 - 17:00
Əmək haqqı: müsahibə əsasında (əlavə olaraq mükafat)
İŞİN TƏSVİRİ
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanması;
- Tender təkliflərinin kommersiya şərtləri ilə əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi bacarığı;
- Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
- Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin qurulması;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
- Satış bacarığı və effektiv satış təcrübəsi;
- Ali təhsil;
- İngilis dilində səlis danışmaq bacarığı, rus dili bilənlərə üstünlük verilir;
- Ofis proqramlarından (Excel, Outlook və s.) mükəmməl istifadə bacarığı;
- SOCAR və digər dövlət qurumları ilə iş təcrübəsi;
- Dövlət satınalmaları üzrə iş təcrübəsi;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir.