Shazeli Group
Mağaza Müdiri
Son tarix 14 avq 2024 - [email protected]
Tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
- Problemləri effektiv şəkildə həll etməli;
- Müştərilərlə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
- İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Mağazada kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq;
- Alqı-satqı zamanı alıcılara məsləhət vermək;
- Mağaza tərəfindən məhsulların qəbulunda iştirak etmək;
- Məhsulların qiymət etiketlərinə və saxlama müddətinə nəzarət etmək;
- Mağazada məhsulların yerləşdirilməsi və onlara nəzarət etmək;
- Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
İş şəraiti:
- İş günləri: 6 günlük iş qrafiki, 1 gün istirahət (növbəli qrafik);
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı: 600 - 1500Azn
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını "Mağaza Müdiri" qeyd etməklə e-mail ünvanımıza göndərməyiniz xahiş olunur.