Shaurma N1
Baş Mühasib
Son tarix 19 avq 2024 - [email protected]
Əmək haqqı: Müsahibə əsasında
Vəzifəyə olan tələblər:
- Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır;
- Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Ayın bağlanmasını həyata keçirir;
- Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
Namizədə olan tələblər:
- Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
- Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi) (istehsal sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Kompyuter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, 1C 8.3 və digər İT platformalarda işləmə bacarığı;
- IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
- İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
- Dil biliyi: Azərbaycan, Rus.
Namizədlərdən CV-lərini "Baş mühasib" mövzusu ilə ünvanına göndərmələri xahiş olunur.