Shamkir Agropark
Traktor sürücüsü /Şəmkir
Son tarix 20 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı təyinatlı texnikaların nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması, traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək.
- İstifadə olunan yedəklərin işinə nəzarət etmək.
- Traktorlara aqreqatlarının düzgün qoşmaq və nizamlamaq.
- Aqronomun göstərişinə əsasən hava şəraitinə uyğun olaraq traktor və traktora qoşulmuş aqreqatlarla aqrotexniki,aqrikimyəvi işləri vaxtında və düzgün yerinə yetirmək.
Namizədə tələblər:
- Kənd təsərrüfatı təyinatlı texnikaların idarə edilməsində ən azı 3 il iş təcrübəsi olmalıdır;
- Diqqətli və məsuliyyətli olmalıdır;
- Texniki bilikləri olmalıdır;
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir ş.
Maraqlanan şəxslər öz CV formalarını Traktor sürücüsü (Şəmkir)" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Aparıcı Aqronom /Şəmkir
Son tarix 20 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisənin obyektlərini daxili təhlükəsizlik tələblərinə uyğun mütəmadi monitorinqi;
- Müəssisənin bütün obyektlər üzrə təhlükəsizlik strategiyasının hazırlanması və təhlükəsizliyin təmin edilməsi
- Təhlükəsizlik hadisələrinin statistikası və təhlili, insidentlərə aid tendensiyaların müəyyən edilməsi və proqnozlaşdırılması;
- Müəssisənin inzibati ərazisində nəzarət-buraxılış məntəqəsinin işinin təşkili
- Mövcud qrafikə uyğun olaraq kameralar vasitəsilə monitorinq işinin təşkil edilməsi,
- İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işlərin təşkili və nəzarətin həyata keçirilməsi
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanılması, aidiyyati işçilərə təlimlərin keçirilməsi
- Obyektlərinin mühafizəsini həyata keçirilməsi ilə əlaqədar hüquq mühafizə orqanları ilə əlaqənin saxlanılması və mühafizə sistemində yaranan hər-hansı qüsurun aradan qaldırılması
- Şirkətin mülkiyyətində və istifadəsində olan ofislərinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının mühafizəsinin təşkil edilməsi
- Təhlükəsizlik Şöbəsinin fəaliyyətinin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
- Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkili və keçirilməsi;
- Müəssisəni maraqlandıran məlumatların qanuni yollarla müxtəlif mənbələrdən əldə edilməsi.
- Müəssisədə baş verən xoşagəlməz hadisələr, münaqişələr barədə daxili araşdırmanın aparılması və təqdimatın hazırlanması.
- Müəssisədə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlərin keçirilməsi.
Namizədə tələblər:
- Aqronom sahəsində ən azı 5 il iş təcrübəsi olmalıdır;
- Aqronomluq ixtisası üzrə ali təhsil;
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilməli;
- Diqqətli və məsuliyyətli olmalıdır;
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir ş.
Maraqlanan şəxslər öz CV formalarını Aparıcı Aqronom(Şəmkir)" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Aparıcı Aqronom /Şəmkir
Son tarix 20 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Meyvə bağlarının inkişaf etdirilməsi, yəni, əkinçiliyə nəzarət, torpağın hazırlanması, suvarma, kimyəvi maddələrin tətbiqi, bitkilərin mühafizəsi və məhsul yığımı üçün zəruri olan əsas praktiki bacarıqlara malik olmalıdır.
- Kiçik texniki heyətin təlim, məsləhət və monitorinq məqsədləri üçün traktorların idarə edilməsi, mexanizmlərin istifadəsi və ya sahələrin dərmanlanması kimi praktiki fəaliyyətləri yerinə yetirə bilməlidir.
- Məhsulun keyfiyyətini qoruyub-saxlamalı və nəzarət etməli.
- Ziyanverici həşəratlara və xəstəliklərə nəzarət olunması ilə bağlı məlumatları qoruyub-saxlamalı.
- Bitkilərin yoxlanılmasına nəzarət etməli və bağçılıq məhsullarını təhlil etməli.
- Traktorlar, toxum, şitillər, kök sistemləri, gübrələr və kimyəvi maddələr kimi maşınlar, avadanlıqlar və ləvazimatların satın alınmasının planlaşdırılmasında Satınalma komandası ilə əməkdaşlıq edə bilməlidir.
- Dəyişən amillərə, digər sözlə desək, hava şəraiti, su təchizatı, bitki və ya ağacların böyümə mərhələsinə uyğunlaşmaq üçün alternativ proseduralar müəyyən etmək və təsdiqləmək qabiliyyəti olmalıdır.
- Meyvə bağı üzrə planlara dəstəkləmək üçün bitkilər üzrə təlimlər, budama, suvarma, ziyanverici həşəratlara və xəstəliklərə nəzarət etməlidir
- Bitkilərin böyümə müddətlərini müəyyənləşdirmək və ya hava şərtlərinə əsasən bitkiyə dəyə biləcək zərəri təxmini hesablamaq üçün meyvə bağlarının və sahələrin yoxlanılmasına təmin etməlidir.
- Bitkilərin yetişdirilməsi, bitkilərin ümumi çoxalması və mikro-çoxalması, sortların yetişdirilməsi üzrə irəliləyişlər və bağçılıq sahəsində in-vitro irəliləyişlər üzrə ümumi məlumata malik olmalı və texniki hesabatlar vasitəsilə həmin məlumatları yeniləməli və yeni üsulların tətbiqinə nəzarət etməli.
- Səmərəli məhsul istehsalına nail olmaq üçün tövsiyələr vermək məqsədilə düzgün məlumatların və ya etibarlı tövsiyələrin tətbiqi.
- Bitkilərin qidalanması, maşın və avadanlıqların inkişafı və bitkilərin mühafizəsi texnologiyasını gündəmə gətirmək üçün əsaslı tədqiqat bacarıqlarına malik olmalı.
- Büdcə parametrləri ilə müqayisədə meyvə bağının inkişafına dəstək olmaq üçün maliyyə vəziyyətlərinin və istehsalın planlaşdırılması üçün bazara dair lazımi biliklərə malik olmalı.
- Daha çox məhsuldarlıq və dəqiqlik üçün qurutma, süzmə, saxlama və göndərmə prosesində dəyişiklikləri müəyyən edə bilməli.
- Yüksək məhsuldarlıq və ya xəstəlik və həşəratlara qarşı davamlılığa malik olan hibrid bitki növlərinin böyüməsi və istehsalını planlaşdırmaq və istiqamətləndirmək üçün bağçılıq və aqronomiya ilə bağlı ətraflı biliklərə malik olmalı.
- Aqrotexniki, kimyəvi və bioloji mübarizənin, müalicəvi və qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin edir
- Pestisidlərin saxlanılmasına, daşınmasına və istifadəsinə nəzarət edir, sınaqdan və qeydiyyatdan keçmiş pestisidlərin təsərrüfatlarda tətbiq edilməsinə nəzarət edir, eyni zamanda bitki mühafizə tədbirlərinin iqtisadi səmərəliliyini təyin edir
- Bitki mühafizəsi üzrə əkin materiallarının və toxumun entomofltomatoloji vəziyyətinə nəzarəti təşkil edir.
- Bitki mühafizə tədbirlərinin həyata keçirilməsi üçün cari və illik planlar tutur
- Əkin sahələri üzrə tələb olunan yüksək kondisiyalı, keyfiyyətli, rayonlaşmış bitki sortları üzrə tinglərin tədarükü işində iştirak edir
- Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinə təmin etmək
- Tinglərin intensiv texnologiya əsasında əkinini təmin edir
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edir;
Namizədə tələblər:
- Aqronom sahəsində ən azı 5 il iş təcrübəsi olmalıdır;
- Aqronomluq ixtisası üzrə ali təhsil;
- MS Office proqramları və İnternet, E-Mail-dən istifadəni bilməli;
- Diqqətli və məsuliyyətli olmalıdır;
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir ş.
Maraqlanan şəxslər öz CV formalarını Aparıcı Aqronom(Şəmkir)" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bağ şöbəsinin rəhbəri/Şəmkir
Son tarix 20 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mövsümə uyğun olaraq Şöbənin fəaliyyəti üzrə aylıq ,illik əməliyyat planını hazırlayır,icrasını təmin edir və nəzarət edir,
- Bağ məhsulları üçün əkin,yığım və saxlama anbarlarına təhvil verilməsi prosesini idarə edir,
- Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq, əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin edir,
- Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, keyfiyyətsiz görülmüş işləri rəsmiləşdirərək, təqsirkarı müəyyənləşdirməklə yenidən görülməsini təmin etmək, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir,
- Bütün kənd təsərrüfatı avadanlıqlarının təyianı üzrə təchis edilməsinə,düzgün istifadəsinə yönələn tədbirlər planı hazırlayır və icrasına nəzarət edir,
- Müasir tələblərə cavab verən intensiv bağçılığın, suvarmanın yaradılmasında lazım olan planlamanın hazırlanmasını təmin edir.
- İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri tətbiq etməklə, hər hektar torpaq sahəsindən daha səmərəli istifadə etmək, əmək məhsuldarlığını yüksəltmək və istehsal xərclərini azaltmaq tədbirlərini həyata keçirir.
- Təsərrüfatın ərazisindən düzgün istifadə etmək, torpaqları su və külək eroziyasından qorumaq, meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltmək yolu ilə mütərəqqi və intensiv əkinçilik sisteminə, düzgün əkin dövriyyəsinin təşkilinə və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı bitki sortlarının yetişdirilməsinə nail olur.
- Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur.
- Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunmasına, yeni texnika alınmasına, ehtiyat hissələrinin hazırlanmasına və təmir işlərinin vaxtında həyata keçirilməsinə, traktor və başqa kənd təsərrüfatı maşınlarından səmərəli istifadə edilməsini təmin edir,
- Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtibinə rəhbərlik edir,
- Məhsulun keyfiyyətinin,istehsal həcminin,məhsuldarlığının,rentabelliyin yüksəldilməsinə yönəldilmiş tədbirlərin hazırlanması,təşkili və həyata keçirilməsinə nəzarət edir,
- Bağlar üzrə şöbənin büdcəsini hazırlamaq,büdcə üzrə xərcləri optimallaşdırmaq üçün təkliflər vermək,
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi,
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi,
Namizədə tələblər:
- Rəhbər vəzifəsində və Baş Aqronom sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır;
- Kənd təsərrüfatı sahəsi üzrə ali təhsil;
- MS Office proqramları və İnternet, E-Mail-dən istifadəni bilməli;
- Kənd təsərrüfatı lahiyyələri üzrə təcrübəsi arzuolunandır
- Diqqətli və məsuliyyətli olmalıdır;
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir ş.
Maraqlanan şəxslər öz CV formalarını Bağ şöbəsinin rəhəri(Şəmkir)" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.