SF Azərbaycan BOKT
Baş Hüquqşünas/ PL/TMM
Son tarix 22 iyn 2024 - Müraciət et
Tələblər:
- Təhsil: Ali, Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Beynəlxalq hüquqa üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və Rus dillərini səlis bilmək, ingilis dili (üstünlükdür);
- Təcrübə: Hüquq sahəsində minimum 3 il;
- Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarıqı;
- Üstünlüklər: Beynəlxalq PL/TMM sertifikatının (CAMS, CGSS) olması;
Vəzifə öhdəlikləri:
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair qanunvericiliyə uyğun olaraq tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək.
- Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi).
- PL/TMM ilə bağlı qanunvericilikdə və digər tənzimləyici tələblərdəki hər hansı dəyişiklikləri müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq.
- Şirkətin korporativ hüquq sisteminin qurulmasında və idarə edilməsində iştirak etmək.
- Şirkətin daxili siyasət, qayda və prosedurlarının hazırlanmasında birbaşa iştirak etmək.
- Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi.
- Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi.
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.
- Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək.
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək.
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq.
İmtiyazlar:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- Könüllü tibbi sığorta (3 ay sonra).
- Dadlı və limitsiz qəhvə.
- “Team building” tədbirlərinin keçirilməsi.
Şərtlər:
- İş vaxtı: 5/2, 09:00 - 18:00.
- Əmək haqqı: müsahibə əsnasında müəyyən edilir.