SF Azərbaycan BOKT
Telemarketinq və satış üzrə qrup rəhbəri
Son tarix 20 mar 2026 - Müraciət et
İş şəraiti:
- Tam iş günü
- Müştəri xidmətləri şöbəsi
- Bakı
Tələblər:
- Müvafiq vəzifədə ən az 1 il iş təcrübəsi mütləqdir;
- Telemarketinq komandasının işini təşkil etmək, satış planlarının icrasını təmin etmək, komandanın effektivliyini və gəlirliliyini artırmaq;
- Münaqişələrə kreativ həll yolu tapan;
- Analitik bacarığı olan;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən;
Vəzifə öhdəlikləri:
- Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
- Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
- Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;
Biz sizə nə təklif edirik:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi;
- “Team building” tədbirlərinin keçirilməsi;
Şərtlər:
- İş vaxtı: Növbəli iş rejimi (gündüz);
- Əmək haqqı: 1100 azn (net) + 400 azn (KPI) bonus;
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












